
Azərbaycan Ordusunun çətin relyefli dağlıq ərazidə baş verən yol qəzasında həlak olan hərbçisi Taleh Əliyev dəfn olunub.
Feso.az xəbər verir ki, mərhum Zərdab rayonunun Gödəkqobu kəndinin qəbiristanlığında torpağa tapşırılıb.
Mərasimdə hərbçinin ailə üzvləri, Zərdab Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanı əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Hərbi orkestr Dövlət Himnini səsləndirib.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə hərbçinin tabutuna sarılmış üçrəngli bayrağı mərhumun atasına təqdim edib.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app