
“Global Media Group” holdinqə daxil olan “Global Management” 6 yeni vakansiya elan edib.
Feso.az-ın xəbərinə görə, vakansiyalardan biri “Global Management”də marketinq direktoru vəzifəsi üzrə elandır.
Digər vakansiyalar “Global Media Group”a daxil olan Baku TV ilə bağlıdır. Belə ki, Baku TV-də çalışmaq üçün redaktor, müxbir, SMM şöbəsinin redaktoru, videooperator və montajçı vəzifələri üzrə vakansiya elan edilib.
Vakansiyalarla maraqlanan şəxslər cv.management.az saytı vasitəsilə ətraflı məlumat əldə edə və CV göndərə bilərlər.
Qeyd edək ki, gələcəkdə də holdinq üzrə bütün vakansiyalar məhz bu saytda yerləşdiriləcək.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app