G4 ölkələri BMT-yə müraciət ünvanlayıb

BMT Təhlükəsizlik Şurasında islahat prosesi yubanarsa, onun effektivliyi azalmağa davam edəcək.

Feso.az xəbər verir ki, bu barədə Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində bir araya gələn “Dördlər” qrupunun (G4 qrupa Braziliya, Almaniya, Hindistan və Yaponiya daxildir) xarici işlər nazirlərinin birgə bəyanatında deyilir.

Bəyanatda, həmçinin qeyd olunur ki, beynəlxalq idarəetmə strukturlarının gələcəyi onların zamana adaptasiya olunmağından keçir və bununla da qarşıya qoyulmuş hədəflərə çatmaq asanlaşacaq.
G4 ölkələrinin nümayəndələri hesab edirlər ki, BMT Təhlükəsizlik Şurasının həm daimi, həm də qeyri-daimi üzvlərinin tərkibinin genişləndirilməsi qurumun effektivliyini artıracaq.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir