Evində narkotik aşkarlanan aktrisa həbs olundu

Xəbər verdiyimiz kimi, Rusiyanın Əməkdar artisti Ramilya İsgəndərin evinə baxış zamanı oradan iki kiloqram mefedron və bir doza kokain aşkar edilib.

Feso.az xəbər verir ki, narkotik alverində şübhəli bilinən aktrisa həbs olunub. Bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, evində və avtomobilində qadağan olunmuş maddə olan paketlər tapılan Ramilyanı 15 ildən 20 ilə qədər həbs gözləyir. O, hüquq-mühafizə orqanlarının əməkdaşlarına ifadə verməkdən imtina edib. Onun barəsində cinayət işi açılıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir