
Rusiyalı məşhur reper və tiktoker Danya Miloxin hərbi xidmətə çağırışdan sonra yenidən vətənini tərk edib.
Feso.az xəbər verir ki, bu barədə Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulina məlumat yayıb.
O bildirib ki, Danya Miloxin dünən ilk reyslə son vaxtlar yaşadığı Dubaya uçub.
Qeyd edək ki, Mizulina daha əvvəl tiktokerin orduya çağırılması barədə müraciət etmişdi.
Xatırladaq ki, Danya 2020-ci ilin oktyabrında Rusiyanın “Forbes” jurnalında ən çox qazanan tiktokerlər siyahısında 6-cı yerdə qərarlaşmışdı.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app