Ərdoğan: “Türkiyə Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında aktiv və məhsuldar rol oynayır”

“Türkiyə Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında aktiv və məhsuldar rol oynayır. Biz dəfələrlə Ermənistan tərəfi ilə danışıqlar apararaq sülh prosesinin sürətlənməsi istiqamətində addımlar atmışıq”.

Feso.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda ABŞ-dəki beyin mərkəzlərinin nümayəndələri ilə görüşü zamanı bu ilin iyun ayında Azərbaycana səfər edən amerikalı jurnalist, “Schirach Report” İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru Paolo fon Şiraxın sualını cavablandırarkən deyib.

“Qardaş ölkəniz olan Azərbaycanın dəvəti ilə Qarabağa getdim və bölgədə gördüklərim məni çox təsirləndirdi”- deyən jurnalist Türkiyənin iki ölkə arasında sülhün əldə edilməsi istiqamətində atdığı addımlar barədə Ərdoğana sual ünvanlayıb.

Prezident isə cavabında bildirib ki, rəsmi Ankara bölgədə davamlı sülhün bərqərar olmasında çox ümidlidir və Azərbaycanın problemin həllindəki səylərini alqışlayır:

“Biz azərbaycanlı qardaşlarımızla bərabər bölgədə sülhün bərqərar olması üçün səylərimizi davam etdiririk. Türkiyə bu problemim həlli üçün bütün imkanlarını ortaya qoyub və hər iki tərəflə yaxından əlaqədədir. İki ölkə arasında sülhün bərpa olunması regiona öz töhfəsini verəcəyinə ümid edirik”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir