Elm və Təhsil Nazirliyi valideynlərə müraciət

Elm və Təhsil Nazirliyi valideynlərə müraciət edib.

Feso.az-ın xəbərinə görə, qurumdan bildirilib ki, 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin 1-ci siniflərinə və məktəbəhazırlıq qruplarına uşaqların qəbulu 14 sentyabr saat 18:00-da yekunlaşacaq.

Qeyd edilən tarixdən etibarən mektebeqebul.edu.az elektron sistemi bağlanacaq.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app