Dünyanın ən dəyərli liqalarının adları açıqlanıb – SİYAHI

“Transfermarkt” dünyanın ən dəyərli liqalarının adlarını açıqlayıb.

Feso.az xəbər verir ki, 12 çempionatın yer aldığı siyahıya İngiltərə Premyer Liqası başçılıq edir.

Maraqlıdır ki, Premyer Liqa ilə ikinci sırada qərarlaşan İspaniya La Liqası arasında iki dəfədən də çox fərq var.

  1. Premyer Liqa (İngiltərə) – 10,42 milyad avro
  2. La Liqa (İspaniya) – 4,66 milyard
  3. A seriyası (İtaliya) – 4,58 milyard
  4. Bundesliqa (Almaniya) – 3,97 milyard
  5. Liqa 1 (Fransa) – 3,48 milyard
  6. MLS (ABŞ) – 1,27 milyard
  7. Primeyra Liqa (Portuqaliya) – 1,26 milyard
  8. Pro Liqa (Səudiyyə Ərəbistanı) – 1,18 milyard
  9. Superliqa (Türkiyə) – 1,15 milyard
  10. Erediviziya (Niderland) – 966,98 milyon
  11. Pro Liqa (Belçika) – 833,95 milyon
  12. Premyer Liqa (Rusiya) – 797,53 milyon

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının ümumi dəyəri 81,43 milyon avroya bərabərdir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir