Dördqat dünya çempionu “Formula 1”ə qayıda bilər

Dördqat dünya çempionu Sebastyan Fettel yenidən “Formula 1”ə qayıda bilər.

Feso.az xəbər verir ki, bu barədə almaniyalı sabiq pilot özü açıqlama verib.

O bildirib ki, hansısa komandadan təklif olarsa, bunu dəyərləndirəcək: “Bir çox insanlar bu suala “yox”, bəziləri “bilmirəm” cavabını verdilər. Amma sonda hamısı qayıtdı. Ona görə də dönüşümü istisna etmirəm. Həm də zəngdən və zamandan asılı olacaq”.

Qeyd edək ki, Sebastyan Fettel 2022-ci ildə karyerasını başa vurub. O, 2010, 2011, 2012 və 2013-cü illərdə “Formula 1”in qalibi olub.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir