“Barbi” “Oskar”a namizəd oldu

“Barbi” filmi “Oskar”a namizəd göstərilib.

Feso.az xəbər verir ki, ekran işi “Ən yaxşı orijinal ssenari” kateqoriyasında və digər nominasiyalarda mükafata namizəd olub.

Qeyd edək ki, rejissor Qreta Qerviqin lentə aldığı “Barbie”də baş rolları Marqo Robbi və Rayan Qoslinq canlandırıb. Premyerası iyulun 19-da olan film hazırda dünya üzrə 1,4 milyard dollardan çox gəlir əldə edib.

Onu da qeyd edək ki, bu ilin noyabrın 18-də keçirilməsi gözlənilən “Oskar” Hollivud yazıçıları və aktyorlarının tətili səbəbdən 2024-cü il yanvarın 9-da baş tutacaq.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir