
Bakıda özünə iynə vuran həkim şoka düşərək ölüb.
Feso.az xəbər verir ki, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü Əlizadə Qəmbər Dilavər oğlu özünə antibiotik vurub.
İynənin əks təsirindən həkim işləyən Qəmbər Əlizadə şok vəziyyətinə düşüb.
Onun həyatını xilas etmək mümkün olmayıb.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app