
Oktyabrın 28-29-da Bakıda bal rəqsləri üzrə dünya çempionatı keçiriləcək.
Feso.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dünyanın ən yaxşı cütlüklərinin təqdim olunacağı turnir Bakıda ilk dəfə təşkil olunacaq.
Çempionatda beşqat dünya çempionları, Azərbaycanın əməkdar idman ustaları Eldar Cəfərov və Anna Sajina da çıxış edəcəklər.