Azərbaycanın MMA döyüşçülərinin rəqibləri müəyyənləşib

“Rizin” Döyüş Federasiyasının noyabrın 4-də Bakıda təşkil edəcəyi “Landmark 7” turnirində döyüşəcək Azərbaycanın MMA idmançılarının rəqibləri müəyyənləşib.

Feso.az xəbər verir ki, Vüqar Kərəmov yaponiyalı Çihiro Suzuki, Tofiq Musayev digər yapon Toji Takeda, Nəriman Abbasov rusiyalı Ali Abdulxalilov, Mehman Məmmədov ABŞ-li Castin Skoqqins, Tural Rəhimov isə cənubi koreyalı Kyun Pyu Kim ilə qarşılaşacaq.

Qeyd edək ki, sözügedən turnir Milli Gimnastika Arenasında təşkil olunacaq.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir