
Feso.az bildirir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinin müşaviri Şahin Əliyev Beynəlxalq Kibertəhlükəsizlik Günləri Konfransında (ICSD 2023) deyib.
Onun sözlərinə görə, Azərbaycanda yerli mütəxəssislərin hazırlığı və kibertəhlükəsizliyin mədəniyyətə çevrilməsi üzrə işlər görülür.
Ş.Əliyev bildirib ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təlim alan gənclərin dəstəyi ilə yerli məhsullar hazırlanır.
“Strategiyada qeyd olunduğu kimi, yerli məhsulların istehsalını təşviq etmək lazımdır. Bununla əlaqədar olaraq, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təlim alan gənclərin də dəstəyilə yerli məhsullar hazırlanır. Yaxın illərdə onların bütün ölkə ərazisində müxtəlif şirkət və təşkilatlarda tətbiq olunduğunu görəcəyik. Sonra bu məhsulları ölkə xaricinə ixrac edəcəyik. Söhbət kibertəhlükəsizlik əsasında məhsul və proqram təminatının yaradılmasından gedir. Hazırda bu məsələ başlanğıc mərhələdədir”, – o deyib.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app