Azərbaycanda deputat kredit təşkilatındakı payını satıb

“Embafinans” QSC bank olmayan kredit təşkilatının (BOKT) səhmlərinin 35 %-nə nəzarət edən Məşhur Məmmədov payını satıb.

Feso.az xəbər verir ki, onun payını BOKT-un əsas səhmdarı Elşad Abbasov alıb və payını 51 %-dən 86 %-ə çatdırıb.

Səhmlərin qalan 14 %-i isə əvvəlki qaydada Tamara Polyakovaya məxsusdur.

M.Məmmədov Milli Məclisin VI çağırış deputatı, parlamentin İntizam Komissiyasının üzvüdür.

Xatırladaq ki, “Embafinans” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir