Avropa İttifaqı Türkiyəyə 400 milyon avro yardım ayıracaq

Avropa İttifaqı Türkiyəyə zəlzələnin fəsadlarının aradan qaldırılması üçün 400 milyon avro maliyyə yardımı ayıracaq.

Feso.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası məlumat yayıb.

Bildirilib ki, Avropa İttifaqı Şurası Avropa Komissiyasının Rumıniya, İtaliya və Türkiyədə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 454,8 milyon avro ayırmaq təklifini qəbul edib. Yardım Aİ-nin 2023-cü il büdcəsindən ayrılacaq.

“2022-ci ildə şiddətli quraqlığın baş verdiyi Rumınyaya 33,9 milyon avro, 2022-ci ilin sentyabrında intensiv yağışlar səbəbindən sel və daşqınlarla üzləşən İtaliyaya 20,9 milyon avro, 2023-cü ilin fevralında zəlzələ fəlakəti yaşayan Türkiyəyə isə 400 milyon avro yardım göstəriləcək”,-məlumatda əks olunub.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir