Astarada 40-a yaxın ailə evlərindən təxliyə olunub

Astara rayonunda sellə əlaqədar 40-a yaxın ailə evlərindən təxliyə olunub.

Feso.az-ın məlumatına görə, Astaraçayın daşması nəticəsində Ərçivan qəsəbəsində 200-ə yaxın fərdi evin həyətini su basıb. Bəzi yerlərdə suyun səviyyəsi bir metrdən yuxarı olub. Subasmaya daha çox qəsəbənin Qurtuluş, Azadlıq, Sahib Kələntərov, Şəhid Baba Qasımov və Bəxtiyar Əliyev küçələrindəki həyətlər məruz qalıb.

Fövqəladə Hallar Nazirliyinin xilaesediciləri ərazidə təxliyə işlərini həyata keçirir və suyun əks axınını təmin etmək üçün işlər görülür.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir