Almaniya XİN-dən Azərbaycana dəstək

“Almaniya federal hökuməti nə Qarabağın “müstəqilliyi”ni, nə də orada bu yaxınlarda keçirilən “seçki”ni tanıyır”.

Feso.az xəbər verir ki, bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Almaniya Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Almaniya Xarici İşlər Nazirliyi qeyd edib ki, Almaniya Avropa İttifaqındakı tərəfdaşları ilə birlikdə Ermənistan və Azərbaycan arasında münasibətlərin onların beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində hər iki dövlətin ərazi bütövlüyü əsasında uzunmüddətli nizamlanmasına nail olmaq səylərini dəstəkləyir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir