Tovuzda məktəb yolu hasara alındı: “Övladlarımız çətinlik çəkirlər” – VİDEO

Tovuz sakinləri məktəbə gedən qısa yolun dəmir torla bağlanmasından şikayətçidirlər.

Məktəb və uşaq bağçasının qarşı tərəfdə olduğunu bildirən sakinlər qeyd ediblər ki, onlara alternativ yoldan istifadə etmələri məsləhət görülüb.

Onların sözlərinə görə, həmin alternativ yolun məsafəsi çox uzaqdır:
“200-ə yaxın sakin burada yaşayır. Övladlarımız məktəbə, bağçaya getməkdə çətinlik çəkirlər”.

“ATV Xəbər”in mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir