Bağırsaqlar üçün müalicəvi ot çayı

Sizə təqdim etdiyimiz müalicəvi çay resepti bağırsaqlara çox yaxşı təsir edir – bakteriyalardan, qurdlardan, müxtəlif ziyanlı maddələrdən (şlaklar, toksinlər, ağır metalların duzları) təmizləyir, bağırsaqların funksiyasını yaxşılaşdırır.

Feso.az çayın reseptini təqdim edir:

1 xörək qaşığı çobanyastığı, 1 xörək qaşığı yovşan, 1 xörək qaşığı kalendula, 1 xörək qaşığı kətan toxumu, 1 xörək qaşığı qatırquyruğu qarışdırılır. Hər gün bu qarışıqdan 1 xörək qaşığı götürüb 1 stəkan qaynar suda dəmləyin və gün ərzində 3 dəfə 1/3 stəkan olmaqla yeməkdən 30 dəqiqə əvvəl için. Müalicə kursu – 10 gün. Bu qayda ilə bağırsaqları ildə 2 dəfə təmizləmək olar.

Bu reseptdən istifadə etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin. Bəzi xəstəliklər zamanı otların qəbulu əks-göstərişdir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir