
Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsində yol kənarında yeni parklanma düzəldilib.
feso.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Ərazidə yaşayanlar həmin yerdə yeni tikilən bina üçün parklanma sahəsinin yaradılmasından narazılıq ediblər. Onlar bildiriblər ki, bina dar yerdə inşa olunub və orada parklanma olması əlavə sıxlıq yaradacaq.
Yasamal Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin parklanma ilə bağlı bütün aidiyyəti qurumlar tərəfindən müsbət rəylər verilib.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app