Fazil Mustafa: “Vəkilliyə qəbul asanlaşdırılmalıdır”

“Vəkillik prokurorluq, hüquq-mühafizə orqanı deyil. ”.

feso.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin növbədənkənar sessiyasının iyulun 14-də keçirilən iclasında deyib.

O bildirib ki, Ucqar rayonlarda, eləcə də Naxçıvanda vəkillərin sayı azdır:

“Mövcud qanunvericiliyə görə test mərhələsindən keçən vəkil namizədlər üçün 3 illik iş stajı tələbi qoyulub və bu, absurddur”.

Deputat qardaş Türkiyədə belə həmin tələbin olmadığını xatırladıb:

“Vəkillik prokurorluq, hüquq-mühafizə orqanı deyil. Onlara maksimum 1 il iş stajı vaxtı verilə bilər. Ona görə də qanunvericilikdə 3 illik müddəanın ləğvi lazımdır. Vəkilliyə qəbul asanlaşdırılmalıdır”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir