ANAMA yeni vakansiya elan edib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) müvafiq sahədə ehtiyat siyahısının yaradılması məqsədi ilə dövlət orqanlarında nəqliyyatın və təsərrüfatın idarə edilməsi istiqamətləri, habelə hüquqşünaslıq ixtisası üzrə ali təhsilli, sahə üzrə 10 il, rəhbər vəzifədə 5 ildən artıq iş stajı olan şəxslərin sənədlərinin qəbulunu elan edir.

feso.az xəbər verir ki, bu barədə ANAMA-dan məlumat verilib.

“Maraqlananlar əlaqə telefonunu qeyd etməklə aşağıda göstərilən sənədləri career@anama.gov.az ünvanına göndərməlidir.

  • şəxsiyyət vəsiqəsinin surəti;
  • təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.);
  • əmək kitabçasının surəti (olduğu halda).

Sənəd qəbulu cari ilin 15 iyul tarixinədək həyata keçiriləcək”, – məlumatda qeyd edilib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir