“Yaxın gələcəkdə özəlləşdirmə çekləri problemi öz həllini tapacaq” – Deputat

Dövlət özəlləşdirmə payı ölkəmizin qanunvericiliyində ilk dəfə 1993-cü ildə qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənib. Həmin Qanunun 18-cı maddəsində özəlləşdirmə payı anlayışı verilərək deyilir ki, “bu pay Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir”. Həmin Qanunun 10-cu maddəsində deyilir ki, özəlləşdirmə payının məbləği, verilməsi şərtləri və ondan istifadə olunması qaydaları “Özəlləşdirmə haqqında” Dövlət Proqramı ilə müəyyənləşdirilir. Respublikamızda dövlət mülkiyyətinin özəlləşdirilməsinə dair ilk Dövlət Proqarmı isə 29 sentyabr 1995-cil tarixində qəbul olunub. Dövlət özəlləşdirmə payı sahibinə dövlət əmlakı üzərində mülkiyyət hüququnu verən anlayışdır. İndiki dövrdə özəlləşdirmə çeklərinin tədavülünün dayandırılması isə cəmiyyətin bir qisminin narazılığına səbəb olub. Belə ki, əlində çeki qalan şəxslər bu çeklərin yenidən tədavülə buraxılacağını və öz haqqlarından istifadə edə biləcəkləri günü gözləyirlər.

Yüz minlərlə ailənin mənafeyini ifadə edən “Özəlləşdirmə Çekləri Qrupu” imzası ilə Prezident İlham Əliyevə müraciət ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.facebook.com/groups/668471343515846/posts/1577668382596133

Milli Məclisin sədri Sahibə Qafarovaya müraciətlə tanış ola bilərsiniz:

file:///C:/Users/Dell/Downloads/Milli%20M%C9%99clisin%20S%C9%99drin%C9%99.pdf

Sitat TV-nin “Canlı Polemika” verilişində problemə hüquqi tərəfdən yanaşılıb:

Mövzu ilə bağlı hüquq elmləri magistri, Milli Məclisdə Gənclər və İdman komitəsinin üzvü, deputat Jalə Əhmədova Qanunla.az-a açıqlamasında bildirib ki, çek sahibləri ümidlərini itirməsinlər. Çünki problem yaxın zamanlarda öz həllini tapacaq:

“Özəlləşdirmə çekləri ilə bağlı problemə görə vətəndaşlardan daim müraciətlər alırıq və aidiyyatı komitəyə yönləndiririk. Hazırda bu məsələ üzərində çalışmalar davam edir. Yaxın gələcəkdə çeklərlə bağlı məsələ öz həllini tapacaq və ictimaiyyətə məlumat veriləcək. Bu problemin həllində parlament də maraqlıdır. Çünki parlamentə müraciət edənlərin sayı kifayət qədər çoxdur. Bu isə o deməkdir ki, məsələnin həll olunması vacibdir. Əmin ola bilərsiniz ki, bu məsələ öz həllini tapacaq”.

Özəlləşdirmə çekləri ilə bağlı məsələdə vətəndaşların böyük ədalətsizliklə üzləşdiyini bildirən İqtisadçı Elşad Məmmədov isə vurğulayıb ki, vətəndaşların hüquqları ciddi şəkildə pozulub:

“Özəlləşdirmə çekləri prosesində qanunvericilik bazasının hazırlanmasının qeyri-peşəkarlara tapşırılması nəticəsində çox böyük problemlər yaşandı. Ona görə ölkə iqtisadiyyatının inkişafı nöqteyi-nəzərdən uğurlu nəticələr əldə olunmadı. Digər tərəfdən, sosial ədalətsizlik kritik dərəcədə yüksəldi. Bu vəziyyətin düzəlməsi üçün müvafiq addımlar atılmalı və hazırkı şəraitdə təxirəsalınmaz olaraq özəlləşdirmə çeklərinin dəyəri real olaraq artırılmalıdır. Ölkədəki əmlak resurslarının idarə olunmasında vətəndaşların iştirakı təmin olunmalıdır. Ona görə də ilk növbədə, dövlət tərəfindən effektiv mexanizm hazırlanmalıdır. Nəticədə ölkə iqtisadiyyatına böyük investisiyalar gələ bilər”.

Özəlləşdirmə çekləri ilə bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://www.qanunla.az/ozellesdirme-ceklerinizi-satmayin/
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir