“Nə pulu qaytarır, nə üzrxahlıq edirlər” – Aytən Səfərova şikayətçidir

Aparıcı Aytən Səfərova şirniyyat satılan mağazalardan birindən şikayətçidir.

feso.az xəbər verir ki, aparıcı bu barədə sosial media hesabında yazıb. O, şirniyyatların yarım gün ərzində artıq kifləndiyini və mağazanın pullarını qaytarmadığını vurğulayıb:

“alba_cakes” – bu mağazadan məhsul alanda çox düşünün. Ailəmizin ən yaxın dostlarından biri, uşaqlarımızın kirvəsi bu mağazadan şirniyyat alıb. Yarım gün keçməmiş kif atmağa başlayıb. Nə istidən, nə “təbii” olduğundan! Keyfiyyətsizliyindən və köhnəlməsindən! Nə pulu qaytarırlar, nə üzrxahlıq edirlər. Ayıb olsun!”

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir