Moskvada antiterror tədbirləri həyata keçirilir

Rusiyanın paytaxtı Moskva şəhərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə yönəlmiş antiterror tədbirləri həyata keçirilir.

feso.az xəbər verir ki, bu barədə Moskva şəhər meri Sergey Sobyanin bəyan edib.

“Yollarda əlavə nəzarət tətbiq edilib. Kütləvi tədbirlərin keçirilməsi məhdudlaşdırıla bilər. Xahiş edirəm qəbul edilmiş tədbirlərə anlayışla yanaşın”-deyə, o bildirib.

Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bildirib ki, Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb.

Rusiya Federasiyasının Baş Prokurorluğu isə bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb.

Prezidentin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, güc strukturları Rusiya prezidenti Vladimir Putinə üsyan cəhdi ilə bağlı görülən tədbirlər barədə hesabat verir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir